Alimlər yeni panda növü aşkarladılar FOTO


Digərləri 13 May 2019 09:55:00 180 0

Alimlər yeni panda növü aşkarladılar  FOTO

Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən beş min il əvvəl yaşamış heyvanın qalıqları tapılıb

Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən beş min il əvvəl yaşamış heyvanın qalıqları tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "The Mirror" nəşrinin yazdığına görə, aparılan araşdırmalar nəticəsində həmin canlının bu vaxta qədər elmə məlum olmayan panda növü olduğu ortaya çıxıb.

Tədqiqatçılar nəhəng ölçülü qədim pandanın hazırkı pandaların məskunlaşdığı meşəlik ərazidən kilometrlərlə uzaqda, dərin dərəyə düşərək öldüyünü ehtimal edir.

Omba sümüyü soyuq və qaranlıq şəraitdə minillər ərzində yaxşı vəziyyətdə qaldığından alimlər ondan DNT nümunəsi hasil edə bilib. Bunun sayəsində beynəlxalq tədqiqat qrupu canlının tam genomunu hazırlayaraq, onun əsasında skeletini yenidən qurub.


Xəbərə aid fotolar