Çində ağır yol qəzası baş verib:


Dünya 13 May 2019 08:07:00 221 0

Çində ağır yol qəzası baş verib:

Çinin Venlin şəhərində (Çjetszyan əyaləti) insanları daşıyan yük maşını aşıb.

Trend-in Venlin şəhərinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 12 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Ölənlərdən 8-i hadisə yerində, 4-ü isə xəstəxanada dünyasını dəyişib.

Hazırda qəzanın səbəbi müəyyənləşdirilir.