BurkinaFasoda silahlılar kilsəyə hücum edib, ölənlər var


Dünya 13 May 2019 07:28:00 162 0

BurkinaFasoda silahlılar kilsəyə hücum edib, ölənlər var

Burkina-Fasonun Dablo yaşayış məntəqəsində silahlılar kilsəyə hücum edib.

Trend-in "RFI" radiostansiyasına istinadən verdiyi məlumata görə, silahlılar kilsəyə daxil olaraq insanlara atəş açıblar.

Hadisə nəticəsində azı 6 nəfər həlak olub.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.