İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb


Digərləri 13 May 2019 05:23:00 163 0

İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb

ABŞ Yaxın Şərqi tərk etməlidir

Bakı. ABŞ Yaxın Şərqi tərk etməlidir. Trend-in "İSNA"ya istinadən verdiyi məlumata görə, bunu İran Hərbi-Dəniz Qüvvələrlərinin komandanı kontr-admiral Hüseyn Xanzadi ABŞ-ın "Arlington" təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərmək qərarını şərh edərkən deyib. H.Xanzadi bildirib: "ABŞ regiondakı varlığı sona çatdı, onlar regionu tərk etməlidirlər. Təyyarədaşıyan gəminin Fars körfəzinə göndərilməsi danışıqları yeni deyil, onlar müharibə ehtimalını artırmağa çalışırlar".