Titandakı sirli struktur alimləri təşvişə saldı FOTO


Digərləri 13 May 2019 04:30:00 279 0

Titandakı sirli struktur alimləri təşvişə saldı  FOTO

Saturn planetinin ən iri peyki olan Titan atmosfer azotundan ibarət sıx dumanla əhatə olunub.

Son.az ölkə.az-a istinadən bildirir ki, sıx duman qatı səma cisminin səthini görünməz edir. Amma bir neçə gün əvvəl Arizona universitetinin mütəxəssisləri "Kassini Qyuqens" planetlərarası stansiyanın köməyi ilə Titanın səthini müşahidə edə biliblər.

Alimlər Titanda geoloji anomaliya ilə rastlaşıblar və bunun səbəbini hələlik izah edə bilmirlər. Ufoloqlar isə maraqlı açıqlama veriblər. Məsələ burasındadır ki, Saturnda 6300 kilometr uzunluğu olan buz dəhliz var və alimlər də strukturun təsadüfi olmadığını etiraf edirlər. Planetoloq Keytlin Qriffit bəyan edib ki, belə bir dəhlizin Titanda olması elmə ziddir. Ekspertlər ehtimal edirlər ki, Titanda krio-vulkanların böyük şəbəkəsi var. Bu vulkanlar aşağı tempraturlarda fəaliyyət göstərirlər və lava yox, su, metan və ammiyak püskürürlər.

Alternativ ekspertlər isə bildirirlər ki, Titandakı bu struktur yerdənkənar sivilizasiya tərəfindən inşa edilib. Ufoloqlar deyirlər ki, Titan bioloji orqanizmlər üçün əlverişli deyil. Bu struktur isə ətraf iqlimdən bioloji orqanizmləri qoruyur.


Xəbərə aid fotolar