“Avroviziya – 2019” mahnı müsabiqəsi başladı


Şou-biznes 12 May 2019 23:51:00 190 0

“Avroviziya – 2019” mahnı müsabiqəsi başladı

İsrailin paytaxtı Tel-Əvivdə, Qabim teatrında "Avroviziya - 2019" beynəlxalq mahnı müsabiqəsinin 41 milli nümayəndə heyətinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutub.

Son.az modern.az-a istinadən bildirir ki, müsabiqə ənənəvi olaraq "narıncı xalı" mərasimi başlayıb.

Qeyd edilir ki, "Avroviziya kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Avroviziya 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.