Müharibə keçmiş aktyorların Xatirələri: Nikulin, Papanov, Hüseynağa Sadıqov...


Digərləri 12 May 2019 23:35:00 284 0

Müharibə keçmiş aktyorların Xatirələri: Nikulin, Papanov, Hüseynağa Sadıqov...

Sovet, eləcə də Azərbaycan kinosunda aktyorlar Böyük Vətən müharibəsi döyüşçüsünün, veteranının yadda qalan obrazlarını yaradıblar. Həm də aktyor oyununun sayəsində Böyük Vətən Müharibəsi haqda təsəvvürlərimiz formalaşıb. Amma xeyli sayda sevdiyimiz aktyor var ki, onlar müharibəni tək oynamayıb, həm də yaşayıblar.

Son.az kulis.az-a istinadən Böyük Vətən Müharibəsindən keçmiş bəzi aktyorları xatırladır.

Anatoli Papanov

Ən azı "Nu poqodi" cizgi filmindən canavarın səsi ilə xatirələrimizə hopan Anatoli Papanov müharibənin ilk günlərindən döyüşməyə gedib. Zenit artileriyasında döyüşən gələcək aktyorun lap yanında faşist snaryadı partlayıb. Ağır yaralar alan Papanovun ayağını amputasiya etmək istəsələr də, gənc bir həkim iki barmağını kəsərək, "gəlin yaxşıya ümid edək" deyib. Yarım il xəstəxanada yatan Papanov evə müharibə əlili kimi qayıdır. Dövlət Teatr institutuna da əynində əsgər şineli, axsaya-axsaya gəlir. Zamanla axsamağından və əlil ağacından qurtulsa da, ömrünün sonunadək ağrılar ona müharibəni xatırladıb..

Yevgeni Vesnik

Vesnik müharibədə dəfələrlə yaralanıb. 1945-ci ildə lap Keniqsberq yaxınlığında Vesnik kontuziya alır. Müharibədən ona bir neçə çapıq və aıman kəndlərindən birindən götürdüyü Reks adlı cins it qalır. "O mənim ən yaxşı dostum idi"deyə Vesnik iti haqqında danışıb. Aktyor sonradan itə dükandan əzaq almağı öyrədibmiş. Sonralar iti yedirib saxlaya bilməyəcəyindən qorxan Vesnik onu Leninqradda buraxır.

Vladimir Etuş

Həmkarlarına olduğu kimi Etuşa da müharibənin əvvəlindən bron verilib. O, səhnəyə insanlara necə olsa güc, sevinc vermək olar fikri ilə çıxıb. Lakin bir dəfə səhnəyə çıxanda baxıb ki, zalda cəmi 13 adam var. Səhəri gün Etuş Hərbi Komitəyə gedib. Aktyorun alman dilini yaxşı bidiyini nəzərə alaraq onu kəşfiyyat rotasına götürüblər. 1943-cü ildə Etuş ciddi yaralar alır. Qospitaldan evə buraxılan Etuş doğma Şukşin məktəbinə əlil kimi gəlir.

Boris İvanov

İvanov da döyüşdən aldığı yarailə amputasiya olunmalı imiş. "Mən aktyoram. Əlsiz necə oynayaram?" deyə həkimlərə yalvaran, müqavimət göstərən aktyoru tibb işçiləri "Axmaq" deyərək özbaşına buraxır. İvanov evə sinəsində böyük çapıq, amma əlləri saqğlam vəziyyətdə, yeni rollara ümidlə qayıdır.

Aleksey Smirnov

"Opeatsiya I", "Müharibəyə ancaq "qocalar" gedir" filmlərindən tanıdığımız Smirnov cəbhədəki uğurlarına görə Qırmızı ulduz və şöhrət ordenləri, "Cəsurluğuna görə" medalı qazanıb. Aktyor müharibədə bir neçə faşisti əsir götürə bilib. Qələbədən sonra Oder çayı yaxınlığında növbəti lokal döyüşdə ağır yara və kontuziya alan Smirnov evə qayıdan kimi müharibə boyunca məktublaşdığı sevgilisi ilə münasibətləri kəsir. Və ondan sonra heç bir qadınla münasibət qurmur.

Mixail Puqovkin

Obrazlarını gülüşlə xatırladığımız aktyor Mixail Puqovkin müharibədə kəşfiyyat bölməsində döyüşüb. Voroşilovqrad yaxınlığında ayağından yaralanıb. Amma müalicə aldığı hərbi qospitalda tibb personalı çatışmadığı üçün vəziyyəti ağırlaşıb. Ayağı qanqrena versə də kəsilməyib. Qospitala yaralıların əl ayaqlarını mümkün qədər qorumaq, kəsməmək haqda əmr gəlir. Bu əmr Puqovkinin ayağını xilas edir.