Baba Vəziroğlu: Bu gün Azərbaycanda bizim canlı şahidliyimizlə yeni bir tarix yazılır (VİDEO)


Digərləri 12 May 2019 23:23:12 200 0

Baba Vəziroğlu: Bu gün Azərbaycanda bizim canlı şahidliyimizlə yeni bir tarix yazılır (VİDEO)

B.Vəziroğlu Ümummilli liderə həsr olunan "Xalq Heydər söyləyəcək" mahnısının ərsəyə gəlməsi haqqında xatirələrini bölüşüb

Bakı. Ayşəm Rüstəmova - Ulu öndər Heydər Əliyev yaddaşlarda Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük himayədarı kimi də qalıb. Heydər Əliyev bu sahəyə qeyri-adi sevgi ilə bağlı olan bir insan idi. Onun böyüklüyü, bənzərsizliyi də bu idi. Sənət adamlarımız Ümummili liderin xüsusi diqqət və qayğısını, həssas münasibətini bu gün də qürur və fəxrlə xatırlayır, Ulu öndərin əziz xatirəsini məmnunluqla anırlar. Əməkdar incəsənət xadimi, nəğməkar-şair Baba Vəziroğlu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə dövlətin mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışıb. B.Vəziroğlu Ümummilli liderə həsr olunan "Xalq Heydər söyləyəcək" mahnısının ərsəyə gəlməsi haqqında xatirələrini bölüşüb: "Bu mahnını 1998-ci ildə bəstəkar dostum Kamalla Ulu öndərimiz Heydər Əliyevin 75 illiyinə həsr etdik. Nəğmə həm Azərbaycanın xilaskarı kimi tarixi missiyanı daşıdığına görə, həm də bir insan kimi Heydər Əliyevə olan sevginin təzahürü idi. 90-cı illərin əvvəllərində müharibə şəraitində olan, torpaqlarının 20 faizi itirilən, iqtisadiyyatı dağılan, az qala vətəndaş müharibəsinin astanasında olan Azərbaycana rəhbər gəlmək ancaq tarixi missiya ola bilərdi. Heydər Əliyev məhz belə bir çətin və məsuliyyətli dövrdə, dar gündə bizim imdadımıza çatdı".