Əgər şeytanın əlləri bağlıdırsa..?


Digərləri 12 May 2019 23:20:00 299 0

Əgər şeytanın əlləri bağlıdırsa..?

Müqəddəs Ramazan ayını yaşayırıq. Allah bu ayda insanlara rəhmət və bərəkət nazil edib. Hətta günahların tam bağışlanması, bu aydan pak-pakizə çıxmaq imkanı var. O cümlədən günaha düşməyək deyə Allah şeytanın əllərini də zəncirləyib. Yəni bu ayda şeytan insana vəsvəsə etmir. Amma...

Burada maraqlı bir məntiq yaranır. Əgər şeytan insana vəsvəsə etmirsə niyə insanlar bu ayda da günah edir? Bu yerdə Qurani Kərimin bir ayəsini xatırlamaq yerinə düşür. "O şeytan ki, insanlardan da olur, cinlərdən də"

Son.az islam.az-a istinadən bildirir ki, indi Allah cinlərdən olan şeytanların əl qolunu bağlayıb, amma insanlardan olan şeytanlar azadlıqdadır. Odur ki, zəncirdə olan İblisi unutdurmamağa çalışırlar.

Bir neçə gün əvvəl işdən evə qayıdanda Ramazan ayında, ictimai yerdə olan kafelərin birində sağlıq deyib içki içən bir dəstə adam gördüm. Düzü, cəmiyyətimiz üçün bu adi hal olsa da maraqlı bir nüans diqqətimi çəkdi. Adamlardan biri əlindəki badəni qaldırıb başına çəkəndən sonra sanki Ramazan ayı olduğunu xatırlayırmış kimi "Allah keçsin günahımızdan" deyərək "əhyalarda mütləq oruc tutmaq lazımdır" sözlərini əlavə etməklə lap kuliminasiya nöqtəsinə qalxdı.

Bu insanların təfəkkürü bu qədərdirmi, yoxsa qəsdən belə edirlər deyə bilmərəm. Amma Allahdan günahının bağışlanmasını istəyən şəxs səmimi görünürdü deyəsən. Onsuz da məşhur "ürəyi təmizlik" misalı olan cəmiyətimizdə Ramazan ayında şərab içməmək, yaxud ən azından əhyalarda içməmək ənənəsi var. Digət tərəfdən isə hamı elə düşünür ki, elə haramlardan çəkinmək ancaq namaz qılan adam üçündür. Amma deyəsən bunlar anlamırlar ki, Allah Quranda xitab edərkən çox zaman "Ey insanlar" deyə müraciət edir.