Müsəlman təqviminin aylarının adı nədir?


Digərləri 12 May 2019 23:10:00 578 0

Müsəlman təqviminin aylarının adı nədir?

Müsəlman təqvimi dedikdə hicri-qəməri təqvim nəzərdə tutulur.

Son.az islam.az-a istinadən bildirir ki, hicri-qəməri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən hesablanır. Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən istifadə edilir. Bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur. Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir. Ayların adı ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axır (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır (və ya cəmadiyüs-sani), rəcəb, şaban, ramazan, şavval, zilqədə və zilhiccə.