Hemilton İspaniya Qran Prisinin qalibi olub
Digərləri 12 May 2019 22:59:00 168 0
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran Prisinin qalibi olub
Bakı.
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, yarışı ikinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen başa vurublar.
Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xal toplayaraq liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.
Mənbə: az.trend.az