Övlad acısı yaşayan sənətçilər,


Digərləri 12 May 2019 22:47:00 189 0

Övlad acısı yaşayan sənətçilər,

"Sən saydığını say, gör fələk nə sayır", deyiblər ata-babalarımız...

Yəni, insan övladı bəzən ona zərbənin haçan və haradan gələcəyini kəsdirə bilmir. İnsana dəyən zərbələrdən ən böyüyü və ən ağrı-acılısı isə övlad acısı, övlad itkisidir...

Həyatda heç kim, heç bir insan övladı da bundan sığortalanmayıb...İstər keçmişdə, istər indiki dövrümüzdə (istərsə də gələcəkdə) bir çoxları həyatda acıların ən acısını, övlad itkisini yaşayıblar...

Bunların arasında dövlət adamları, tanınmış simalar, millət vəkilləri, ziyalılar da olub və var... Son.az oxu.az-a istinadən bildirir ki, keçmiş maarif və xarici işlər naziri, Azərbaycan SSR Ali Soveti (Ali Sovet) Rəyasət Heyətinin sədri, rəhmətlik Elmira Qafarovanın 3 övladından biri-oğlu 90-ci illərin əvvəllərində ağır yol qəzasında vaxtsız və faciəli şəkildə dünyasını dəyişib...

Yenə ötən əsrin 90-cı illərində övlad acısını yaşayan tanınmışlar arasında yazıçı-dramaturq, o zaman dövlət müşaviri, hazırda Qırğızstanda səfir vəzifəsində işləyən Hidayət (Orucov) də var. Hidayətin oğlunun həyatına taksidən düşərkən yoldan keçən başqa bir taksi sürücüsü "son" qoyub. Taksi sürücüsünün məsuliyyətsizliyi  (maşını sürətli idarə etməsi) üzündən yazıçının oğlu gənc yaşlarında həyatla vidalaşmalı olub...

Övlad acısını yaşayanlardan biri də hakim YAP-ın təşəbbüskarlarından və qurucularından olan professor, Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimovdur.

Millət vəkili atasının adını daşıyan övladı Rza İbrahimovu 2000-ci illərin əvvəllərində vaxtsız və faciəli şəkildə avtoqəzada itirib. Həmin vaxt həyat yoldaşı ilə ölkə hüdudlarından kənarda olan İbrahimovlara bu acı xəbəri də onların ailə dostlarından olan məmurlardan biri çatdırıb. Deyilənə görə, E. İbrahimov oğlunun başına gələn (gələcək) faciəni də  yuxusunda görübmüş, amma bunu həyat yoldaşına söyləməkdən çəkinibmiş. Ancaq yusuxunu görən gecənin səhərisi günü də  "gözlədiyi" acı xəbəri alıbmış. R. İbrahimov da o vaxt ailəli, iki övlad atası imiş...

3-cü deputatlıq dönəmini yaşayan tanınmış siyasətçi, Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa isə bir neçə il öncə dəm qazından iki yaxınını - Elçibəy adlı oğlunu və qaynını itirib, övlad acısını yaşayıb...

Övlad acısının ən ağrılısını yaşayan siyasətçi isə sabiq millət vəkili, Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olan KXCP sədri Mirmahmud Mirəlioğludur. Ötən əsrin axırlarına (1990-cı ildə) yaxın kiçik yaşlarında (5 yaşında) olan oğlunu itirən Mirmahmud bəy bir neçə il öncə ikinci oğlunu (Mircəlil Fəttayevi) və bir uşaq anası olan qızını  (Mahirə Fəttayevanı) vaxtsız itirib. Oğlu KXCP-nin ofisin qarşısında, ürəktutmasından dünyasını gənc yaşlarında dəyişib...

Sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə və eks-prezident Ayaz Mütəllibov da oğlanlarını vaxtsız itiriblər. Hər ikisinin də oğul övladı uzun sürən xərçəng xəstəliyinin cəngindən qurtula bilməyiblər...Murad Quluzadə 36 yaşında, Azad Mütəllibov isə 49 yaşında həyata "əlvida" deyiblər...

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqbulu da (həbsdə olarkən) övlad itkisi yaşayan siyasətçilərimizdəndir. O, 2015-ci ilin yazında qızı Nərgiz Yaqublunu səhhətində yaranan qəfil xəstəlik üzündən itirib, acıların ən acısını yaşayıb...