“Avroviziya2019”un narıncı xalça mərasimi keçirildi


Şou-biznes 12 May 2019 22:48:00 250 0

“Avroviziya2019”un narıncı xalça mərasimi keçirildi

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək "Avroviziya-2019" narıncı xalça mərasimi ilə özünün rəsmi olaraq açılışını edib.   Avroviziya ulduzları Tel-Əvivin Habima Meydanında narıncı xalça üzərinə çıxıblar.   Son.az oxu.az-a istinadən bildirir ki, akkreditə olunmuş media nümayəndələri və fanatların qatıldığı mərasimdə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri göz qamaşdıran geyimləri ilə narıncı xalça üzərindən keçərək mətbuat nüayəndələrinin suallarını cavablandırıblar.   500-dən çox yarışma fanatının qatıldığı nüfuzlu mərasimin giriş hissəsində İsrail höküməti tərəfindən hava limanlarında olduğu kimi ciddi təhlükəsizlik sistemi quraşdırılıb.   Qeyd edək ki, ölkə təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxıb. İştirakçıların sıralaması isə aşağıdakı kimidir:   1. Kipr 2. Monteneqro 3. Finlandiya 4. Polşa 5. Sloveniya 6. Çexiya Respublikası 7. Macarıstan 8. Belarus 9. Serbiya 10. Belçika 11. Gürcüstan 12. Avstraliya 13. İslandiya 14. Estoniya 15. Portuqaliya 16. Yunanıstan 17. San Marino 18. Fransa 19. İspaniya 20. Ermənistan 21. İrlandiya 22. Moldova 23. İsveçrə 24. Latviya 25. Rumıniya 26. Danimarka 27. İsveç 28. Avstriya 29. Xorvatiya 30. Malta 31. Litva 32. Rusiya 33. Albaniya 34. Norveç 35. Hollandiya 36. Şimali Makedoniya 37. Azərbaycan 38. İtaliya 39. Birləşmiş Krallıq 40. Almaniya 41. İsrail 42. Beynəlxalq nümayəndə Son.az