İran ABŞı “başına zərbə endirmək”lə hədələdi


Dünya 12 May 2019 22:49:00 297 0

İran ABŞı “başına zərbə endirmək”lə hədələdi

Əgər Vaşinqton konkret güc tətbiq etsə, İran ABŞ-a başından zərbə endirəcək. Son.az oxu.az-a istinadən bildirir ki, bu bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir-Əli Hacızadə verib.

"Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq. Amerikalı hərbçilərin regionda mövcudluğu ciddi təhlükə yarada bilər. Lakin indi təhlükə reallığa çevrilib."

Bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə "Avraam Linkoln" hərbi gəmisini göndərəcək. Onun sözlərinə görə, bu, İran rejiminə ABŞ-ın maraqlarına cavab verməyən addımlar atmamaq üçün açıq siqnal olacaq.

Mayın 9-da ABŞ-ın hərbi dəniz donanmasına məxsus "Avraam Linkoln"  təyyarədaşıyan gəmisinin Misirdə Süveyş kanalını keçməsi barədə məlumat yayıldı.

Öz növbəsində İran prezidenti Həsən Ruhani Avropa ölkələrinə danışıqlar üçün 60  gün verdiyini bildirmişdi.