Ramazan ayında oxunması tövsiyə olunan dua


Digərləri 12 May 2019 22:40:00 236 0

Ramazan ayında oxunması tövsiyə olunan dua

Məsumlardan (ə) nəql olunan hədisdə bu duanın Ramazan ayı boyunca namazlardan sonra oxunması tövsüyə olunur:

"Ey uca və böyük Allah! Ey bağışlayan və rəhmli Allah! Sən bənzəri olmayan böyuk Allahsan, eşidən və görənsən. Bu ay digər aylarla müqayisədə məqamını ucaltdığın, şərafət və fəzilət verdiyin bir ayıdır. Bu, oruc tutmağı mənə vacib buyurduğun Ramazan ayıdır. Bu ayda insanları hidayət etmək, doğru yolu göstərmək və haqqı batildən ayırmaq üçün Quranı nazil etmisən. Bu ayda Qədr gecəsini qərar vermisən və bu gecəni min aydan xeyirli etmisən. Ey minnət Sahibi və kimsənin Sənə minnət qoymadığı Allah! Minnət qoyduğun bəndələrin kimi məni də Cəhənnəm odundan qurtararaq minnət qoy və məni cənnətinə daxil et. Öz mərhəmətinə xatir, Ey mərhəmətlilərin ən mərhəmətlisi!".

"Ya Əliyyu ya Əzim, ya Ğafuru ya Rəhim, əntər-Rəbbul-Əzim əlləzi leysə kəmislihi şəy. Vəhuvəs-Səmiul-Basir, və haza şəhrun əzzəmtəhu və şərrəftəhu və fəzzəltəhu aləş-şuhur. Vəhuvəş-şəhrulləzi fəraztə siyaməhu aləyy. Vəhuvə şəhru Ramazan əlləzi ənzəltə fihil-Quran, hudəl-linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Vəcəaltə fihi leylətəl-qədr və cəaltəha xəyran min əlfi şəhr, fəya zəl-mənni vəla yumənnu aləyk, munnə aləyyə bifəkaki raqabəti minən-nar fimən təmunnu ələyh, və ədxilnil-cənnəh biahmətikə ya əmər-Rahimin."