Ramazan ayında xüsusi diqqət edilməli


Digərləri 12 May 2019 22:15:00 192 0

Ramazan ayında xüsusi diqqət edilməli

Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı - orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir.

1. Dua.

Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: "Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: "Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am".

Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: "Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim".

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. "Allahummədxil əla əhlil quburis- surur".

2. Quran qiraət etmək.

Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır.

3. Zikr və istiğfar.