"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi olub


Digərləri 12 May 2019 22:15:36 191 0

"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi olub

Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib

Bakı. Trned: Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib. Trend-in məlumatına görə, turnir cədvəlinə liderlik edən "Mançester Siti" "Brayton"un qonağı olub. Oyunun 27-ci dəqiqəsində ev sahibi hesabda irəli keçsədə, qonaqlar cəmi 1 dəqiqə sonra qolun əvəzini çıxıblar və ilk hissənin sonlarına yaxın hesabda önə keçməyi də bacarıblar. İkinci hissədə qonaqlar üstünlüyü əldən verməyiblər və rəqibin qapısından daha 2 top keçiriblər. Oyun "Mançester Siti"nin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: Qlen Mürrey (27-ci dəqiqə), Serxio Aquero (28-ci dəqiqə), Emerik Lyaport (38-ci dəqiqə), Riyad Mahrez (63-cü dəqiqə) və İlkay Gündoğan (72-ci dəqiqə). "Mançester Siti"nin turnir cədvəlində ən yaxın izləyicisi olan "Liverpul" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.