Ramazan ayında toy etmək olarmı?


Digərləri 12 May 2019 22:10:00 172 0

Ramazan ayında toy etmək olarmı?

Ramazan ayında bəzi günləri çıxmaq şərti ilə toy etmək günah deyil. Amma aşağıdakıları mütləq nəzərə almaq lazımdır:

Birincisi, toy məclisi bütün başqa günlərdə olduğu kimi, haramdan uzaq şəkildə keçirilsin.

İkincisi, yalnız iftar vaxtında yemək təklif edilsin, iftardan əvvəl yemək verilməsin.

Üçüncüsü, toy bu aydakı matəm günlərinə təsadüf etməsin. Yəni Həzrət Əlinin (ə), cənab Əbu Talibin, Xədicei-Kübranın vəfat günləri şadlıq edilməsin.