Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar


Digərləri 12 May 2019 21:55:00 252 0

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.

Son.az islam.az-a istinadən bildirir ki, bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğun ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzi baxımından cavablandırılmışdır. Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.