Türk mühəndisin maşınına bomba qoydular
Dünya 12 May 2019 21:28:00 261 0
Somalinin paytaxtı Moqadişoda türkiyəli mühəndisə sui-qəsd törədilib.
Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə mühəndisin maşınına yerləşdirilən bombanın işə düşməsi nəticəsində baş verib. Yaralı halda xəstəxanaya çatdırılan Türkiyə vətəndaşı dünyasını dəyişib.
Hücumu "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.
Mənbə: milli.az