Ər öz arvadının namaz qılmağına və oruc tutmağına mane ola bilərmi?


Digərləri 12 May 2019 21:20:00 289 0

Ər öz arvadının namaz qılmağına və oruc tutmağına mane ola bilərmi?

İslam dininə görə, ailənin bəzi üzvləri bəzi üzvlərə tabe olmalı, sözündən çıxmamalıdırlar. Məsələn, insan öz valideyninə, arvad öz ərinə. Amma bu tabeçiliyin də həddi var. Əgər valideyn öz övladını, ər öz arvadını günah işlətməyə məcbur edirsə və ya vacib (fərz) olan əməli etməsinə mane olursa, buna itaət etmək olmaz.

Son.az islam.az-a istinadən bildirir ki, gündəlik namazlar və Ramazan ayının orucu hər kəsə fərzdir və heç kim başqasına bunu qadağan edə bilməz. Amma bu işlərdə itaətsizliyi kobud dillə yox, mehribanlıq və barışıqla, başa salaraq izhar etmək lazımdır. Qeyd edək ki, bu məsələ fərz ibadətlərə aiddir. Müstəhəb namaz və oruclarda isə qadın ərindən icazə almalıdır.