Evlərimizdə ən çox mikrob mənbəyi olan əşyalar


Digərləri 12 May 2019 20:05:00 208 0

Evlərimizdə ən çox mikrob mənbəyi olan əşyalar

Evlərimizi nə qədər təmizləsək də, əslində tam təmizlik mümkün olmur. Ən ideal şəkildə təmizlik işləri görüləndə də evdə olan əşyalar gigiyenik baxımdan təmiz sayılmır.  

Aparılan araşdırmalara görə, evlərdə olan bir sıra əşyalar xüsusən mikrob mənbəyi sayılır.

Bəs həmin əşyalar hansılardır?

Bu sırada ilk yerdə xalılar gəlir. Onlarda hər cür mikrob tapmaq mümkündür. Ona görə də xalçaları antibakterial vasitələrlə təmizləmək, silmək lazımdır. Əslində xalçalar hər gün təmizlənsə, daha yaxşı olar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu sırada ikinci yerdə qab-qacaq yuyulan süngərlər göstərilir. Onlarda minlərlə mikrob var. Aparılan araşdırmaya görə, bu süngərlərin hər kvadratsantimetrində 50 min bakteriya yaşayır. Ona görə də onları həftədə bir dəfə yenisi ilə əvəz eləmək vacib sayılır.