Ramazan ayının fəzilətləri


Digərləri 12 May 2019 19:45:00 243 0

Ramazan ayının fəzilətləri

Mübarək Ramazan ayının bərəkətləri ilə tanış olaq və onlardan bəhrələnməyə çalışaq.

1. Bu ayda günahlar bağışlanar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazanı ona görə belə adlandırıblar ki, günahları yandırar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) başqa yerdə buyurur: "Bilirsinizmi ki, Şəbanı niyə belə adlandırıblar? Çünki ondan çox sayda xeyir Ramazan ayına şaxələnər. Ramazanı ona görə belə adlandırıblar ki, günahlar onda yandırılar".

Peyğəmbərdən (s) soruşurlar ki, Ramazan nədir? Həzrət (s) cavab verir: "Allah o ayda möminlərin günahlarını yandırar və bağışlayar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim Ramazan ayını imanı üzündən, Allah və Onun mükafatı üçün oruc tutar və ibadət edərsə keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman üzündən və İlahi savaba ümid bəsləyərək ibadətə qalxarsa, keçmiş günahları bağışlanar".

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı - o aydır ki, Allah o ayın orucunu sizə vacib buyurmuşdur. Hər kim onda imanı üzündən və İlahi savaba ümid bəsləyərək oruc tutarsa, günahlardan çıxar, anadan doğulduğu kimi olar".

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kim Ramazan ayını oruc tutar və onu sədəqə verərək sona çatdırarsa və qüsl alaraq namazgaha gedərsə, bağışlanmış halda qayıdar".

2. Cəhənnəm atəşindən azad olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını azadolma ayı adlandırırlar. ...".

Həzrət (s) buyurur: "Allahın Ramazan ayının hər gecəsində atəşdən 600 min azadolmuşu vardır".