37ci il repressiyalarında Bağırov günahkar deyil –


Digərləri 12 May 2019 19:35:00 256 0

37ci il repressiyalarında Bağırov günahkar deyil –

Son.az kulis.az-a istinadən tədqiqatçı Adıgözəl Məmmədovun Mehriban Vəzirin rus dilindən çevirib nəşr etdiyi "Həmidə Xanım Cavanşir. Xatirələrim" kitabına yazdığı təqdimat yazısının Mir Cəfər Bağırovla bağlı hissəsinə cavab olaraq yazdığı "Mehriban Vəzir uydurma tarixçəsi ilə M.C.Bağırova niyə böhtan atır?" məqaləsini təqdim edir.

Mehriban Vəzir göstərir ki, guya 30-cu illərin əvvəllərində Mirzə İbrahimov Həmidə xanımı Yazıçılar İttifaqına  dəvət edərək, ona M.C.Bağırovun Qarabağ fəaliyyəti barədə müsbət yöndə bir xatirə kitabı yazmağı təklif etmişdir (yazıdan  belə başa düşülür ki, bu hadisələr sovet hakimiyyəti Azərbaycanda qurulana qədər baş vermişdir -  A.M.).

Ona görə də ilk olaraq gəlin, 30-cu illərin əvvəllərinə ekskursiya edək. Xüsusilə, onu qeyd etmək istəyirəm ki, 30-cu illərin əvvəli məfhumu özü qeyri-müəyyənlik yaradan bir anlayışdır. 30-cu illərin əvvəlində Mirzə İbrahimovun 21 yaşı vardı. O, bu yaşda nə Yazıçılar İttifaqına üzv idi, nə də hər-hansı bir məsul vəzifəsi vardı və heç bir vəzifəsi olmayan gənc adama dövlət başçısı olan Mir Cəfər Bağırov hansı xüsusi tapşırıq verə bilərdi?

M.C.Bağırov Mirzə  İbrahimovu yalnız 40-cı illərin ortalarından Cənubi Azərbaycanda proseslər başlayanda yaxından tanımışdı.

İkinci: Yazıçılar İttifaqı özü də 30-cu illərin əvvəllərində deyil, ortalarında yaranmışdır və ilk rəhbəri də Mirzə Kazım Ələkbərli olmuşdur. Yalnız 1948-ci ildə M.İbrahimov Yazıçılar İttifaqında məsul vəzifə daşımışdır.

Üçüncü: M.C.Bağırov sovet hökuməti qurulana qədər ümumiyyətlə heç vaxt Qarabağda olmamışdır. Bunu bilmək üçün Azərbaycan Dövlət Arxivindəki, fond 1. siyahı № 405 iş 107-də saxlanılan sənədə baxmaq kifayətdir. M.C.Bağırov 17 sentyabr 1896-cı ildə Quba qəzasında anadan olmuşdur. 12 yaşına qədər müsəlman ruhani məktəbində təhsil alır. O, bu məktəbdə dinlə, fars ədəbiyyatı, Nizami və Füzuli yaradıcılığı ilə yaxından tanış olur. 1907-ci ildə valideynləri onu dünyəvi elmlərlə məşğul olan Quba orta məktəbinə göndərir. Oranı bitirdikdən sonra 1913-cü ildə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Ailəsinin maddi imkanları çatmadığından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını görən müəllim heyəti tədris ocağının vəsaiti hesabına onun Petrovskidə (Həştərxanda) iki illik pedaqoji təhsilini davam etdirməyinə köməklik göstərir.

10 fevral 1915-ci ildə Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunur. O, burada yeni məktəbi formalaşdırdıqdan sonra Quba qəzasının ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilir. M.C.Bağırov burada yerli kəndli uşaqlarını təhsilə cəlb edir. Artıq burada onun siyasi xətlər, o cümlədən sosialist təşkilatları və onların proqramları ilə ilkin tanışlığı başlayır. 1916-cı ilin payızından onu Quba qəzasının iki illik yəhudi ibtidai məktəbinə keçirirlər. Bu andan sonra Bağırovun həyatının keşməkeşli dövrü başlayır. 1917-ci il Rusiyada fevral inqilabından sonra onun Quba qəzasının icraiyyə komitəsinə, Qubada yerləşmiş Penza drujinasının əsgərləri tərəfindən namizədliyi irəli sürülür və o, seçilir. İcraiyyə komitəsində fəaliyyəti zamanı o, burada o dövrün siyasi palitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olur (Azərbaycan Dövlət Arxivi f 1. S. № 405 iş 107). M.C.Bağırov rus dilini yaxşı bilirdi və öz istedadı ilə həmyaşıdlarından fərqlənirdi. Öz diribaşlığı ilə siyasi hadisələri düzgün qiymətləndirən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Ə.Zizinskinin marağına səbəb olur.

Bağırov 1917-ci ilin mart ayında Ə.Zizinski ilə yaxından tanış olur. O dövrdə Əli bəy Zizinski Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırırdı. 

Əslində isə bu silahlı qüvvələr 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazaspın Azərbaycanın şimalına doğru hərəkət edən quldurlardan yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qrupları idi. Əli bəy Zizinskinin məsləhəti ilə 1918-ci ilin ortalarından M.C.Bağırov  Azərbaycanı tərk edir. Həştərxanda Nəriman Nərimanovla tanış olur. 1919-cu ildə N.Nərimanov Həştərxanda M.C.Bağırovun siyasi əqidə bütövlüyü, hərbi sərkərdəlik qabiliyyəti və ideya təşkilatçılığını nəzərə alaraq onu  müsəlman polkunun komissarı vəzifəsinə irəli sürmüşdür. Az sonra o, 34-cü diviziyanın hərbi komissarı təyin edilir. M.C.Bağırov yalnız 1920-ci ilin mayında Azərbaycana qayıdaraq Bakıya gəlir və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi tapşırığına əsasən Dadaş Bünyadzadə ilə birgə Qarabağa göndərilir. O, inqilabi şuranın Qarabağ bölgəsində Azərbaycan ordusunun təşkili üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Az sonra M.C.Bağırov Qarabağ Vilayəti Hərbi Şurasının sədr müavini və Vilayət Partiya Komitəsinin Rəyasət Heyətinin sədrinin birinci müavini seçilir (Bunu Azərbaycan Dövlət Arxivindəki f1; S 122. iş 107, səh. 13 sənədində görmək olar).

Sual olunur: Qarabağın rəsmi ali rəhbərlərindən biri olan M.C.Bağırov, M.Vəzirin təbirincə desək, hər hansı "qeyri-qanuni quldur dəstəsi"nə nə üçün başçılıq etməli idi?

Məhz o günlər N.Nərimanovun əsas milli silahdaşı olan M.C.Bağırov Qarabağda daşnak ermənilərlə mübarizə aparmış, tarixi ərazimiz olan Qarabağın daşnaklardan təmizlənməsində müstəsna xidmətləri və hərbi təşkilatçılıq fəaliyyətləri olmuşdur.

Sual olunur: M.Vəzir erməni daşnaklarının başını əzmiş M.C.Bağırova böhtan atmaqla kimə, nəyə və hansı məqsədlərə xidmət edir?

Təsadüfi deyil ki, 11-ci ordunun Pankratov sayağı özbaşınalıqlarına son qoymaq üçün N.Nərimanov M.C.Bağırovu Bakıya dəvət edərək 11-ci ordunun hərbi tribunal şöbəsinin sədri vəzifəsinə təyin edir.

Eyni zamanda da Mehriban Vəzirin siyasi alver mövzusuna çevirdiyi  1937-ci il siyasi repressiya hadisələrində arxiv sənədləri işığında da aydınlıq gətirmək istəyirəm.

Sözsüz ki, Azərbaycan oxucularının böyük əksəriyyəti uydurmalar hesabına bütün siyasi repressiya proseslərinin başında M.C.Bağırovun durduğunu eşidib və oxuyublar. Lakin uzun illər apardığım tədqiqatlar M.C.Bağırovun Stalinin apardığı sinfi müba­rizənin əleyhinə olduğu qənaətinə gəlməyimə səbəb olmuşdur.

Nəzərə almaq lazımdır ki, hələ M.C.Ba­ğırovun Azərbaycandan uzaq­laş­dı­rıldığı və Tiflisdə olduğu müddətdə (1927-ci ildən 1929-cu ilə qədər olan dövr), artıq Sovet İttifaqının həbs­xanalarında, siyasi təcridxanalarında və sürgündə bir mil­yona qədər insan vardı. Bu insanların çoxu müxalifətdə dayanan partiya üzv­ləri, sovet müəssisələrində vic­danla çalış­mış "burjua" mütə­xəs­sis­ləri idi. Bütün respublikalardakı həbs­ləri, adətən "millətçilər", "NEP-əleyhdarları" adları altında aparırdılar. 1930-1932-ci illərdə isə bütün kəndlərdə şəxsi torpaq sahəsi olanlara sarsıdıcı zərbələr vu­rul­­ur, evləri və əmlakları yeni yaradılan kolxozlara verilirdi.

2 iyun 1937-ci ildə Stalinin iştirakı ilə SSRİ müdafiə komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək hərbi - dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər Tuxaçevskinin, Putnanın, Korkun, Yakirin, Ubereviçin həbs olunduqlarını söyləyir. Beləliklə Stalin 1937-ci il iyun plenumuna bir neçə gün qalmış bu "xəyanəti" həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən, o, ancaq XDİK-yə (Xalq Daxili İşlər Komissarlığı) arxalanırdı.

Onu da qeyd etmək istəyirəm ki, sözsüz, istintaq zamanı müstəntiqlər həbs edilmiş Aleksey Rıkovdan (keçmiş Xalq Komissarları Sovetinin sədri) ona yaxın olanlarla maraqlanırdı. Rıkov isə ona yaxın olan adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, mənim Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələrim var. Bununla da növbəti istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyovun istintaqı zamanı isə o, Ruhulla Axundovla yaxın münasibətlərini bildirir və bununla da dairə genişlənirdi. (Nəzərə alsaq ki, Ruhulla Axundov da öz şəxsi anketində vaxtilə "Eser" partiyasının üzvü olduğunu da göstərmişdi).

M.C.Bağırov Ruhulla Axundovla çox yaxın dost olmuşdular. Məsələn, Əlheydər Qarayev və Levon Mirzoyan cütlüyünün canfəşanlığı ilə 1927-ci ildə bütün vəzifələri əlindən alınmış M.C.Bağırov Azərbaycanı tərk edir və Tiflisə dos­tu Beriyaya pənah aparır. M.C.Bağırov L.P.Beriyanın kö­məkliyi ilə Zaqafqaziya federasiyası su təsərrüfatı komissarlığına işə düzəlir.

M.C.Bağırovun Bakıdan uzaq­laş­dırıl­ma­sının səbəblərini və Tiflisdəki vəziyyəti barədə ən məhrəm məlumatı Moskvada partiya kurslarında olan yaxın dostu Ruhulla Axundova yazır. O, Ruhulla Axundova məktub yazır. Bu məktub "Azərbaycan Respublikasının  Dövlət Arxivinin xüsusi fondunda  saxlanılır. 1929-cu ilin 6 mayında Tiflis şəhərinin Piroqov-8 ünvanından Ru­hul­la Axundova göndərilib. Məktub "Əzizim, Ruhulla" sözləri ilə baş­layır. Əvvəlcə M.C.Bağırov Ruhulla Axundovun səh­həti ilə əlaqədar narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söylə­yir. O, məktubunda qeyd edir:

"Serqo Orcоnikidzenin qəti gös­tə­­rişinə əsasən Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Lakin çox təəssüf ki, əksinə yüz dəfə ağır şəraitə düşdüm və əvvəlcədən mənə qarşı hazırlanmış "tələ­lər­lə" üzləşdim. Sanki bu vəhşiləşmiş insanlar məni ilk işıq dirə­yin­dən asmağa hazır dayanmışdılar. Mənə qarşı olan münasi­bətin əsa­sı­nı isə Azərbaycan rəhbərliyinin mənim (L.Mirzoyan - Ə.Qa­ra­yev - Novruzov birliyi -A.M.) barəmdə mərkəzə ötürdükləri informasiyalar for­malaşdırır. Amma bu rəhbərlər başa düş­mür­dülər ki, res­pub­li­ka­da törətdikləri əməlləri ört-basdır edə bil­məyəcəklər. Məsələn, Azər­baycan siyasi idarəsinin əməkdaşları Lənkəranda qeyri-leqal sər­hədi keçmək istəyən mollanı vəhşi­cəsinə boğub öldürüblər. Bu ha­disədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istə­yəndə siyasi idarə əməkdaşları narazı olan insanlarla amansız dav­ranmışlar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlilərin həb­sinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qa­lıb Bakıya öz aralarından nüma­yəndə heyəti göndərmək qərarına gəlirlər. Artıq kəndlilərin narazılığı etiraz üsyanına keçən vaxtdan son­ra Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana gəlir".

Mək­tubda M.C.Bağırov bu cür misalların saysız-hesabsız oldu­ğu­nu Ruhulla Axundova bildirir. Sonra M.C.Bağırov yazır:

"Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaşınalıqları və törətdikləri əməl­ləri barədə bildiyimə görə məni tamam sıradan çıxartmaq və ya fiziki cəhətdən məhv etmək istəyirlər. Lakin, hələ ki, fiziki cə­hət­dən məni sıradan çıxartmaq onlara müyəssər olmamışdır. Onlar sax­ta sənədləri quraşdırıb mənə qarşı ittiham irəli sürməyə cəhd edir­­lər. Lakin Zaqafqaziya partiya təşkilatlarının məni müdafiə et­dik­lərini görərək yuxarıda göstərdiyim qondarma ittihamları mənə qarşı söyləməyə ehtiyat edirlər. Bununla yanaşı mən özümə söz ver­­dim ki, danışmayım. Çünki, mənim çıxışlarım nəinki Azərbay­can rəhbərliyinin, həmçinin burda (Tiflisdə - A.M.) yoldaş Oroxelaşvi­linin də xoşuna gəlmir. Bununla belə respublikadakı yoldaşlar Azər­baycandakı bir qrup rəhbərlərə qarşı nə vaxt radikal qərarın ve­­­­ri­ləcəyi barədə mənə suallarla müraciət edirlər".

Sonra M.C.Ba­ğı­rov özü və ailəsi haqqında məktubda Ruhulla Axundova mə­lu­mat verir: