Oruc tutmaq barədə


Digərləri 12 May 2019 19:15:00 233 1

Oruc tutmaq barədə

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.  Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.  Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.  Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.  Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz. Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.  Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.  Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz. Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir. Son.az