“İsrafil Hüseynov” gəmisində yanğında xəsarət alanlar müalicəyə göndərildilər


Digərləri 12 May 2019 18:32:00 190 0

“İsrafil Hüseynov” gəmisində yanğında xəsarət alanlar müalicəyə göndərildilər

Mayın 8-də "İsrafil Hüseynov" gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib.

Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib.