Britaniyanın ən varlıları açıqlandı:


Digərləri 12 May 2019 18:03:00 222 0

Britaniyanın ən varlıları açıqlandı:

Böyük Britaniyanın ən varlı şəxsləri arasına 3 rusiyalı da daxil olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms" nəşrinin hazırladığı reytinq nəticəsində məlum olub.

Əlişir Usmanov reytinqin 8-ci pilləsində qərarlaşıb. Usmanovun sərvəti ötən illə müqayisədə 783 milyon funt-sterlinq artaraq 11.33 milyarda bərabər olub.

Roman Abramoviç isə reytinqdə birdən-birə 4 pillə irəliləyərək 9-cu pilləyə yüksəlib. Onun sərvəti 1.8 milyard funt-sterlinq artaraq 11.22 milyarda bərabər olub.