ABŞ bu ərəb ölkələrinə də "Patriot" satacaq


Dünya 12 May 2019 17:56:00 217 0

ABŞ bu ərəb ölkələrinə də "Patriot" satacaq

ABŞ Konqresi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə ümumilikdə 6 milyard dollarlıq "Patriot" raket sistemi və silah-sursat satışına razılıq verib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəhreynin 2 milyard 478 milyon dollar qarşılığında "Patriot" raket sistemləri ilə bu sistemlərə inteqrasiya olunmuş avadanlıqları alması nəzərdə tutulur. Bu paket içərisində təyyarələri və naviqasiya raketlərini vura bilən 36 ədəd "Patriot MIM-104E" zenit-raket kompleksinin satışının yer aldığı qeyd edilib.

Bəhreynin həmçinin hava qüvvələrində saxladığı F-16-larda istifadə edilə bilmək üçün 750 milyon dollar dəyərində əlavə silah sistemləri alacağı deyilib.