Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilib


Digərləri 12 May 2019 17:07:29 177 0

Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilib

Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilib

Bakı. Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub. Bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib. Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib. Saipem şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib.