Müğənni anasına 1,5 milyonluq hədiyyə aldı


Digərləri 12 May 2019 16:42:00 247 0

Müğənni anasına 1,5 milyonluq hədiyyə aldı

Müğənni Rita Ora anası üçün sürpriz edib.

Son.az Axşam.az-a istinadən bildirir ki, dünya ulduzu 1,5 milyon funt-sterlinq ödəyərək, bir malikanə satın alıb.

Kosovoda yerləşən evi Rita anasına bağışlayıb. Vera sosial şəbəkədə yayımladığı evin şəklinə "Ürəyim haradırsa, evim də oradır. Londonda yaşamağımıza baxmayaraq, bura bizim və gələcək nəslimizin yurdudur. Onların gələcəkdə ölkəmizi ziyarət etmələri üçün bu ev önəmlidir" sözlərini yazıb.

Qeyd edək ki, Ora 2014-cü ildə də ailəsinə Londonda ev almışdı.