“Axmaqlar, duaları emaillə qəbul edir?”


Digərləri 12 May 2019 14:06:00 236 0

“Axmaqlar, duaları emaillə qəbul edir?”

Yaponiyanın "A-Lab Co" şirkəti Budda təliminin populyarlaşması məqsədilə dünyada ilk dəfə "robot-allah" düzəldiblər.

Son.az The Japan Times-a istinadən xəbər verir ki, süni intellektə əsaslanan mexanizm Kioto şəhərində Koday-dzi məbədində xütbə oxuyur, gələnlərin dualarını "qəbul edir".  

Mindaru adlanan humanoid yapon mərhəmət ilahəsi Kannonun obrazı üzərində yaradılıb.

Artıq bir ay əvvəl "vəzifə"sinin icrasına başlayan Mindaru bir neçə xütbə keçirib.

Bildirək ki, robotun hündürlüyü 195 santimetr, çəkisi 60 kiloqramdır. "Allah"ın karkası alüminiumdan, üz və əlləri isə silikondan istehsal edilib.

Bir neçə gün əvvəl Kiotodakı xütbələrini başa vurub, başqa məbədə getməyə hazırlaşan robota dünya ictimaiyyəti tərəfindən sərt reaksiyalar gəlib. Nəşrin Youtube kanalında yayımlanan videoçarxlarda minlərlə tənqid və təhqir var.


Xəbərə aid fotolar