Bərdədə bədbəxt hadisə


Digərləri 12 May 2019 12:00:00 217 0

Bərdədə bədbəxt hadisə

Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə təkər təmiri sexində baş verib.

1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov KamAZ markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə M. Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb.

Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.