Sabunçuda beş otaqlı ev yanıb


Digərləri 12 May 2019 11:39:00 245 0

Sabunçuda beş otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda beş otaqlı ev yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 220 m² olan ikimərtəbəli beş otaqlı evin mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.