İranlı axund namaz xütbəsində ABŞa meydan oxudu:


Dünya 12 May 2019 11:25:00 254 0

İranlı axund namaz xütbəsində ABŞa meydan oxudu:

"Əgər ABŞ-ın təyyarə daşıyan hərbi gəmisi İrana qarşı hansısa bir addım atarsa, bircə raketlə məhv ediləcək".

Son.az ONA-ya istinadən xəbər verir ki, bunu İsfahan şəhərinin cümə namazının rəhbəri axund Yusif Təbatəbai Nejad namaz xütbələrindəki çıxışında ABŞ-ın təyyarə daşıyan "USS Abraham Lincoln" gəmisinin bölgəyə göndərilməsinə münasibət bildirərkən deyib.

O, əlavə edib ki, ABŞ belə bir addım atarsa, ölkə rəsmilərinin qəbul etdiyi qərar özünü gözlətməyəcək: "Belə bir durumda, hər şey əziz rəhbərimizin əlində olacaq və qərarı da o verəcək. Biz hamımız rəhbərimizin arxasında dayanmışıq və düşmənlər də heç bir qələt edə bilməyəcəklər".