24 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü


Digərləri 12 May 2019 10:04:00 185 0

24 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.

Son.az Buta.media-ya istinadən bildirir ki, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb.

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar.