Hindistanda ağır yol qəzası baş verib: ölən və yaralanan var


Dünya 11 May 2019 23:48:00 235 0

Hindistanda ağır yol qəzası baş verib: ölən və yaralanan var

Hindistanın Andxra-Pradeş ştatında ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, avtobusun yolsuzluq avtomobili ilə toqquşması nəticəsində 14 nəfər ölüb, 6 nəfər yaralanıb.

Polisin məlumatına görə, yolsuzluq avtomobili yolun qarşı hərəkət zolağına çıxıb və yüksək sürətlə hərəkət edən avtobusla toqquşub.

Xərarət alanlar xəstəxanaya çatdırılıb.