Xəstəliklərin qarşısını alan içkilər


Digərləri 11 May 2019 23:15:00 172 0

Xəstəliklərin qarşısını alan içkilər

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də  sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür.

Bəs hansı şirələr hansı xəstəliyin müalicəsinə müsbət təsir göstərir?

Son.az medicina.az-a istinadən meyvə şirələrinin faydalarıyla bağlı məlumatları təqdim edir:

Portağal suyu - C vitamini ilə zəngindir. Soyuqdəyməyə qarşı qoruyucu vasitədir.

Qəhvə - şəkər xəstəliyinə tutulmaq riskini azaldır. Əhvalın düzəlməsinə səbəb olur, ancaq tərkibindəki kafeinə görə çox istifadə zərərlidir.

Tərəvəz suları - meyvə suları ilə müqayisədə daha az kalorilidir. Tərkibində şəkər az olduğundan istifadə etmək vücuda müsbət təsir göstərir. İmmuniteti artırır, xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.