Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilər


Digərləri 11 May 2019 22:35:00 272 0

Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilər

Hamiləlik qadın həyatında həm sevincli, eyni zamanda da məsuliyyətli perioddur. Bu periodda qadın orqanizmi bir çox faktorlara, ən çox da qidalara qarşı xüsusilə həssas olur. Qida zəhərlənməsi özlüyündə çox ciddi hadisədir. Hamiləlik zamanı isə hipoksiyaya, qanaxmaya, cift aralanmasına, erkən doğuş, cift çatışmazlığı və s. səbəb ola bilər.

Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova açıqlayıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, ginekoloq, hamilələrə qidalanmalarına diqqət yetirməyi tövsiyə edərək, hansı qidalardan uzaq durmalı olduqlarını yazıb:

Kremli şirniyyatlar

Şirniyyatlar üçün krem hazırlanarkən yumurta və qaymaq termik emal keçmir, yəni bişirilmir. Bu da, zəhərlənmələrə yol aça bilər.

Yaxşı bişməmiş ət, ət məhsulları

Hamilələr tez-tez dönər, lahmacun, kabab, kolbasa, sosis kimi qidalar istəyir. Lakin tərkibindəki parazit və yumurtalarının tam ölməsi üçün ət minimum 35-40 dəqiqə bişməlidir. Həmin ət məhsulları isə daha qısa müddətdə hazır olur.

Göbələk

Hamilə orqanizmi məhz göbələk zülalını pis həzm edir. Ona görə də xanımlara hamiləlikdə göbələkdən, ən çox da mağazadan alınmayan göbələk növlərindən uzaq durmaq tövsiyə olunur.

Mayonezli yeməklər