İranda kütləvi rəqslərə görə təzyiqlər başladı


Dünya 11 May 2019 22:16:00 191 0

İranda kütləvi rəqslərə görə təzyiqlər başladı

İranın təhsil naziri Məhəmməd Bathey polisi "həyəcanlı videoyazılar"ın müəlliflərini, hansılarda ki, məktəblilər İran mənşəli Amerika müğənnisi Sasi Mankanın məşhur mahnısının sədaları altında şən rəqs edirlər, izləməyə çağırıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə payvand.com xəbər yayıb.

Bildirilir ki, internetdə son günlərdə "rəqsə çağırış" adlı video yayılıb, hansında ki, bütün ölkə üzrə məktəblilər və tələbələr Mankanın bu yaxınlarda buraxılmış musiqi albomundan "Centlmenlər" mahnısının sədaları altında rəqs edirlər.

İran parlamentinin mühafizəkar üzvü hakimiyyətdən rəqsli videonun çəkildiyi məktəblərdə bütün vəzifəli şəxsləri işdən çıxarmağa tələb edib. İranın ən yüksək mənəvi hakimiyyəti olan Qazilər Şurası isə məhkəmələri və parlamenti yeni videoların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.

İran polisi artıq videonun çəkildiyi məktəblərin bir neçə tələbə və müəllimini həbs edib. Ancaq onlara qarşı hansı ittihamın irəli sürüldüyü hələlik məlum deyil.

"Düşmən bizim vətəndaşlarımız arasında nifaq yaratmaq üçün müxtəlif üsullara əl atır. Həmçinin həyəcana səbəb olan videoçarxlar, hansılar ki, biz hiberməkanda görmüşük, yaymaqla", - deyə təhsil naziri bildirib.