Sifilis haqqında 7 sualcavab –


Digərləri 11 May 2019 21:12:00 233 0

Sifilis haqqında 7 sualcavab –

2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan nikahdan öncəki analizlərində 24 nəfərdə HİV, 31 nəfərdə sifilis aşkarlanıb. Son 3 ildə bu analizlər nəticəsində 1777 nəfərdə sifilis olduğu təyin edilib. Nəzərə alın ki, bu insanlar gənc, evlənməyə hazırlaşan şəxslərdir.   Sifilis xəstələrinin sayında bu qədər artım ürəkaçan deyil. Gənclər hepatit, QİÇS haqqında nə qədər çox eşidiblərsə və qorxurlarsa, sifilis haqqında bir o qədər məlumatsızdırlar.

Son.az medicina.az-a istinadən sifilis barədə ən çox verilən 7 suala tibbi cavablar təqdim edir.

1.Sifilis nədir, hansı xəstəliklər qrupuna aiddir?

-Sifilis cinsi yolla keçən zöhrəvi infeksion xəstəlikdir. Xəstəliyi Treponema palidium adlı bakteriyalar törədir. Sifilisin bir adı da syph-çiçək və ya pis qan deməkdir.   2. Ən çox hansı yollarla yoluxur?

-Xəstəlik bir şəxsdən digərinə vaginal, anal və oral seks zamanı keçirilir. Xəstə hamilə qadından döldə uşağa keçə bilər.

3.Necə bilmək olar ki, sifilisə yoluxma var?

Adətən artıq sifilisli şəxslə əlaqədən sonra 12 həftəyə qədər ilk əlamətlər özünü göstərir. Daha çox kişilər bu simptomları tez görür. Qadınlarda isə bir qədər gizli gedir və gec aşkarlanır. İlk olaraq dəridə, selikli qişada kiçik yaralar əmələ gəlir. Bu yaralar açılmış gülə bənzəyir. Kişilər cinsiyyət orqanında, qadınlar uşaqlıq yolunda, anusda, ağız boşluğunda, qolaltında, barmaqlarda bu yaraları görə bilər.

Digər əlamətlər qrip halındakı kimidir. Qızdırma, titrətmə, ağrı, iştahsızlıq, boğazda ağrı, iltihab və s. müşahidə edilir.

4.Səpkilər öz-özünə keçdikdə, sağalma hesab edilirmi?

-Xeyr, zahiri əlamətlər itsə də, sifilis sağalmayıb. O, orqanizmdə qalır. Əgər xəstə müalicə olunmazsa, sifilis beyin, onurğa beyin, ürək, qaraciyər və digər orqanlarda yayılacaq.

5.Doğrudurmu, sifilis insanı kor edir, sümüyünü, ətini əridir?