Mədə yanmasına qarşı 7 effektiv müalicə –


Digərləri 11 May 2019 20:22:00 217 0

Mədə yanmasına qarşı 7 effektiv müalicə –

Mədə turşusunun yemək borusuna doğru qaçması nəticəsində yemək borusundan qırtlağa yönələn yanma turşuluq hissidir. Bu, mədə yanması adlanır. Bu narahatlıq bəzən saatlarla davam edə bilir. Belə vəziyyətlərdə güclü müalicə lazımdır. Ənənəvi həll yolları təsirli olsa da, fərdlərə görə dəyişir.   Son.az medicina.az-a istinadən bildirir ki, mədə problemlərinin dəqiq səbəbini bilmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Lakin probleminiz mədə turşumasıdırsa,bu üsullar olduqca faydalıdır.   Əzvay və ya Aloe vera ilə qarışıq   Bu qarışıq bağırsaq yolu üçün olduqca faydalıdır. qıcıqlanmanı azaldır, mədədəki turşuluğu stabilləşdirir. Qastro-ezofageal reflyuks xəstəliyinin qarşısını alır.

Tərkibi: • 1 Təzə xiyar • 1 Yaşıl alma • Yarım su stəkanı Əzvay şirəsi • 2 stəkan su   Hazırlanma qaydası:   Xiyarı və yaşıl almanı kiçik parçalara bölün. Su və Aloe vera əlavə edib, blenderdə qarışdırın. Hər gün yeməkdən sonra 1 stəkan qəbul edin.

Kartof suyu

Kartofun tərkibində bol miqdarda nişasta, antioksidant maddələr və liflər var. Bu tərəvəz turşumadan yaranan narahatlığı əngəlləyir. Tərkibi: • 2 orta boy kartof • 2 stəkan su   Hazırlanma qaydası:    Kartofları yaxşıca yuyun. Daha sonra rəndləyib suyunu süzün. Əldə etdiyiniz suyun içinə biraz rəndlənmiş kartof da ata bilərsiniz. Bu qarışığı hər mədənizdə narahatlıq hiss etdiyinizdə istifadə edə bilərsiniz.

Çobanyastığı suyu və kətan toxumu   Tərkibində müxtəlif faydalı maddələr olan bu iki vasitə mədə narahatlığını nizamlayır.   Tərkibi:     • 1 çay qaşığı çobanyastığı • 1 yemək qaşığı kətan toxumu. • Dadlandırmaq üçün bal  bir çay qaşığı bal.

Bananlı süd

Banan bir çox mədə probleminə qarşı ən yaxşı vasitədir. Tərkibi:   • 5 Banan • Yarım stəkan su • Yarım stəkan süd