İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar


Dünya 11 May 2019 20:28:00 253 0

İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar

İndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra ən azı 34 məhbus həbsxanadan qaçıb.

Son.az Trend-ə istinadən bildirir ki, iğtişaşlar polisin məhbuslardan birini həbsxanada narkotik istifadə etdiyinə görə saxladığından sonra baş verib. Cavab olaraq məhbuslar yerli vaxtla şənbə günü 02:00-da həbsxananı yandırıblar və təhlükəsizlik xədmətinin əməkdaşlarını daşlayıblar, 34 məhbus qaçmağa nail olub.

Həbsxanada baş verən yanğın söndürülüb, məhbuslar təxliyə edilir.

Polis rəisi Əhməd David bildirib: "Məlumatımıza görə, 495 məhbus hələ də həbsxanadadır, biz 119 nəfəri təxliyə etmişik".