Boyun mioziti nədir? –


Digərləri 11 May 2019 20:12:00 242 0

Boyun mioziti nədir? –

Boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır. Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir.

Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

Son.az medicina.az-a istinadən Azərbaycanda da çox yayılmış boyun miozitinin səbəb, əlamətləri və müalicəsini təqdim edir.

Xəstəliyin əlamətləri:

-Boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır. -Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur. -Boyun əzələsi şişir -Əgər miozit irinlidirsə, temperatur qalxır, intoksikasiya və baş ağrısı başlayır. -Ənsədə, gicgahda ağrı olur, çəmədə çeynəmə əzələləri gərginləşir, xəstə yemək yeyərkən ağrı hiss edir. -Ağrılar gecə və açıq havada, soyuqda artır -Udmada çətinlik, öskürək ağır mərhələdə baş verir. -İltihab sağlam əzələlərə yayılıb, onların funksiyasını pozur. Vaxtında müdaxilə və müalicə olunmadıqda tənəffüs əzələlərini də yoluxdurub, boğulmaya səbəb ola bilər.  -Dermatomiozit boyun, çiyin nahiyəsində  səpkilərlə xarakterizə olunur, dodaq, gözlərin üstü şişir. -      Parazitar miozitdə ağrılar döş qəfəsi əzələlərini əhatə edir, lokal hərarət qalxır, insan özünü çox pis hiss edir.

Əgər iltihab yüngüldürsə, xəstəlik  4-6 günə öz-özümə keçib gedir. Xəstə sadəcə az hərəkət etməli, boyunu isti saxlamalı, ağrıkəsici qəbul etməlidir. Yüngülləşmə baş verməsə, xəstəlik xroniki və kəskin formaya keçir.

Səbəbləri:

Bu xəstəlik o qədər çox səbəblidir ki, səbəbi araşdırmağa vaxt belə yetməz.

-Travma, zədə, ağırlıq -Toksiki təsir -İltihabi xəstəliklər -İnfeksiyalar - hətta xroniki angina, qrip, tonzillit əzələlələri iltihablaşdıra bilər -İş rejimi, xüsusən soyuq havada işləyənlər, ofis işçiləri -İdmanda əzələ travması, dartılma -Uzun müddətli stres, nevroz -Parazitar yoluxma, orqanizmdə olan mikroorqanizmlər əzələləri zədələyir -Kəskin soyuq, donvurma -Oynaq iltihabi xəstəlikləri, artroz, ostexondroz

Müayinəsi