İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar


Digərləri 11 May 2019 20:09:08 192 0

İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar

İndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra ən azı 34 məhbus həbsxanadan qaçıb.

Bakı. İndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra ən azı 34 məhbus həbsxanadan qaçıb. Trend-in məlumatına görə, iğtişaşlar polisin məhbuslardan birini həbsxanada narkotik istifadə etdiyinə görə saxladığından sonra baş verib. Cavab olaraq məhbuslar yerli vaxtla şənbə günü 02:00-da həbsxananı yandırıblar və təhlükəsizlik xədmətinin əməkdaşlarını daşlayıblar, 34 məhbus qaçmağa nail olub. Həbsxanada baş verən yanğın söndürülüb, məhbuslar təxliyə edilir.