Maqnit dalğaları insanları halbahal edir Belə havalarda


Digərləri 11 May 2019 19:45:00 238 0

Maqnit dalğaları insanları halbahal edir  Belə havalarda

10 gündür, mütəmadi olaraq maqnit qasırğası, Günəşdə partlayış və meteoreoloji amillərin kəskin dəyişməsi insanların fiziki, psixoloji durumunda dəyişik simptomlar yaradıb.

Son.az medicina.az-a istinadən bildirir ki, gündüz saatlarında yolda və nəqliyyatda insanların ayaq üstündə yuxulaması, əzginlik hiss etməsi, bədənə istilik gəlməsi, aşırı əsəbilik müşahidə olunur. Psixoloji zəif, meteohəssas və nevroloji xəstələrdə xəstəliyin simptomları daha da fəallaşıb, panik atak tutmaları kəskin artıb. Bu günlərdə təcili yardım, nevropotoloqlara insanların müraciəti və zəngləri də artıb.

Nevroloq Sevinc Həmidova belə hallarda, gündüz saatlarında açıq havada, gün altında az olmağı, gün batandan sonra aktiv gəzintilərə çıxmağı tövsiyyə edir. Nevroloji xəstələr həkimi ilə məsləhətləşib dərmanların qəbul cədvəlində dəyişiklik və əlavələr edə bilər. Təzyiq ciddi nəzarətdə saxlanmalıdır. Sedativ sakitləşdirici preparatlardan istifadə oluna bilər. Ürək xəstələri müayinə olunsunlar. Əgər sağlmaqlıqları imkan verirsə, səhərlər bir fincan qəhvə içə bilərlər.

"Çox narahatlıq yaranarsa, mütləq təcili yardıma müraciət olunsun. Amma nevroloji xəstələr panikaya düşməsin. Bunları keçici dövr və hal kimi qəbul edib özlərini sakitləşdirsinlər. Son günlərin hava və maqnit təsiri hətta həkimlərə də təsir edir və mən də bu təsiri özümdə hiss etdim. Həssas insanlar üçün bu günlər narahat dövrdür", - deyə nevroloq bildirib.