Uşaqlar üçün ciddi təhlükə Leyner mazından


Digərləri 11 May 2019 19:40:00 287 0

Uşaqlar üçün ciddi təhlükə  Leyner mazından

Tərkibində bor turşusunun miqdarı 3 faizdən çox olduğuna görə bir çox ölkədə leyner mazının istifadəsi qadağan edilib.   Bəs bu mazdan istifadənin hansı fəsadları ola bilər?   Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə açıqlama verən pediatr Xəyalə Quliyeva bildirib ki, bor turşusunun orqanizmə toksiki təsir göstərdiyi artıq sübut olunub: "Çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır.   Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Azərbaycanda "Buflomedil" və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət də edib. Müraciət nəzərdən keçirildikdən sonra məlum olub ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqlarda ölümə səbəb olub.

Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşusunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib. Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bu kimi hallar vurğulanıb. Zəhərlənmənin əsas səbəbi isə bor turşusunun böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunmasıdır. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə qədər gətirib çıxara bilər".  

Pediatrın sözlərinə görə, 3 yaşına kimi uşaqlara tərkibində bor turşusu olan preparatlardan istifadə qadağandır: "Keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə "yalnız xarici istifadə üçün", "geniş dəri zədələnmələrində istifadə oluna bilməz", "uşaqlar üçün istifadə edilmir" xəbərdarlıq yazıları qeyd edilir. Bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur".

X. Quliyeva qeyd edib ki, hazırda Azərbaycanda da bunun toz şəkilində istifadəsinə qadağa qoyulub  və preparatın tərkibində olan bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda istifadəsinə icazə verilir.