İştahanı azaldan və arıqlamağa kömək edən qidalar


Digərləri 11 May 2019 19:12:00 250 0

İştahanı azaldan və arıqlamağa kömək edən qidalar

Arıqlamağa can atan insaların əksəriyyəti bir ciddi problemlə rastlaşır. Bu "problem" də aclıqdır.

Aclığa dözmək çox çətindir. Aclıq orqanizmin qoruyucu reaksiyasıdır. Aclıq insana orqanizmin yaşaması üçün lazım olan maddələri yığmağa kömək edir.

Bəzi qidalar və mahsullar var ki, onlar daha uzun müddət ərzində insanı tox saxlayır. Bu isə, təbii ki, artıq çəkidən azad olunmağa kömək edir.

Bu qidalar və məhsullar arasında:

- Yüksək qidalı xüsusiyyətlərə malik olan məhsullar. Bu məhsulları qəbul edən insan daha tez doyur və daha gec acır. Məsələn, yumurta, yulaf yarması ("qerkules"), kəsmik, qoz, fındıq, araxis, badam, keşyu, banan.

- Qidalı liflərlə zəngin olan məhsullar. Belə məhsullar mədəyə düşdükdə mədəni çox tez doldurur və beyin toxluq haqqında siqnal alır. Məsələn, istənilən kələm növləri (ağ, qırmızı kələm, gül, brüssel kələmi və s.), lobya, mərci, noxud, avokado, çiy və bişmiş tərəvəzlər.