Bu daşın üzərindəki qədim yazını oxuyana mükafat vəd edilir


Digərləri 11 May 2019 19:14:00 220 0

Bu daşın üzərindəki qədim yazını oxuyana mükafat vəd edilir

Fransanın Bretan regionundakı Pluqastel icmasının müdiriyyəti burada tapılan daşın üzərində cızılmış yazını oxuya bilən şəxsə iki min avro mükafat təklif edir. 20 sətirdən ibarət mətnin 230 il əvvəl yazıldığı güman olunur.

Hərflərin çoxu latın əlifbasına aid olsa da, bəzi işarələr sanki alt-üst yazılıb.

Mətndə skandinav runlarına (qədim skandinav əlifbası) bənzəyən simvollar da mövcuddur.

Daşın üstündə iki rəqəm var - 1786 və 1787. Bu deməkdir ki, mətn Fransa İnqilabından iki il əvvəl yazıla bilərdi.

Elə buradaca yelkənli gəmi və katolisizmdə ən mühüm rəmzlərdən biri həkk edilib: üzərində xaç olan "Müqəddəs ürək" simvolu.

Mətndə "ROC AR B ... DRE AR GRIO SE EVELOH AR VIRIONES BAOAVEL" - yazılan bır hissə var.

Başqa bir yerdə isə belə bir cümlə yazılıb: "ROC AR B ... DRE AR GRIO SE EVELOH AR VIRIONES BAOAVEL".

Yerli alimlər yazının mənasını başa düşə bilmir.

Bəziləri mətnin qədim breton və yaxud da Bask dilində olduğunu düşünür.

Digərləri isə onun kəmsavad insan tərəfindən yazıldığını hesab edir.

Bəziləri hesab edir ki, mətn qədim breton dilində yazılıb