Ön dişi olmayan model tanıtım etdi FOTO


Digərləri 11 May 2019 18:45:00 267 0

Ön dişi olmayan model tanıtım etdi  FOTO

"Primark" firması ön dişi olmayan Simon Lu adlı modellə tanıtım üçün müqavilə imzalayıb

Dünyada yüzlərlə mağazası olan "Primark" firması ön dişi olmayan Simon Lu adlı modellə tanıtım üçün müqavilə imzalayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, firma sahibləri klişeləri bir kənara qoyduqlarını və kampaniyalarında "gerçək" qadınlarla işləyəcəklərini bildiriblər. Onların bu seçimi dünyanın dörd bir tərəfində rəğbətlə qarşılanıb.

Dəstək və tərif dolu sözlər, sadəcə, firmanın ünvanına səslənməyib. Çəkilişdən fotolarını İnstaqram hesabından paylaşan model də gözəl sözlərdən payını alıb. İzləyicilər onun kompleksiz olmasını çox bəyəndiklərini dilə gətiriblər.

Qeyd edək ki, bu firmanın ilk diqqət çəkən çalışması deyil. Marka aprel ayında da kök modellərlə tanıtım həyata keçirmişdi.


Xəbərə aid fotolar