İyun ayında qeyriiş günlərinin sayı açıqlandı


Digərləri 11 May 2019 18:32:00 242 0

İyun ayında qeyriiş günlərinin sayı açıqlandı

İyun ayında beş gün qeyri-iş günü olacaq.

Son.az xəbər verir ki, qeyri-iş günləri iyunun 5-i, 6-sı, 15-i, 17-si və 26-na təsadüf edəcək.

İyunun 5-i və 6-sı Ramazan bayramı, 15-i Azərbaycan xalqının Milli Qurtuluş günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

Əmək Məcəlləsinə əsasən, iyunun 15-i - Qurtuluş günü isə şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir.